Smart Systems Technology AZ1141, B.Vahabzadə küç. 14, Bakı, Azərbaycan
Tel: +99412 952 / ext 4 | E-mail: info@smartsoftware.az

Məhsullar

Smart Hesabat

Reporting - İstənilən növ hesabatın, xüsusilə iri həcmli hesabatların sürətlə alınmasını nəzərdə tutur. Getdikcə artan məlumatların saxlanması və məlumat bazalarında əməliyyatların aparıldığı bir anda (müxtəlif əməliyyatların həyata keçirilməsi, mühabirləşmə əməliyyatlarının aparılması, istifadəçilərin sorğu edərək iş görməsi və s. - qısaca istənilən növ əməliyyatların aparılması) məlumat bazasının yüklənməsinə gətirib çıxardır və işlərin görülməsi sürətinə əhəmiyyətli təsir göstərir. Bu baxımdan Reporting bazasının (DWH - DataWare House) yaradılması zərurəti yaranır. Reporting bazası müxtəlif formalarda yaradıla bilər. Bazaların qurulması həm fiziki mövcud olan, həm də virtual mövcud olan serverlərdə mümkündür. Məlumatların yazılış qaydası, bazaların quruluş arxitekturası, bazalara olan texniki tələblər, məlumatların ötürülməsi texnologiyası, istifadə olunan mənbələrə görə sorğuların kombinasıyası və digər bir çox məsələlərdən asılı olaraq fərqlənən Reporting bazasının detalları müəyyən olunur.

Smart Systems Technology MMM bu sahədə artıq bir sıra nailiyyətlər əldə edib. Belə ki, ölkənin ən iri banklarından biri ilə Reporting Bazasının qurulması layihəsini uğurla həyata keçirdib. Bankın məlumat bazasında olan fərdi xüsusiyyətlər araşdırılır, müəyyən olunduqdan sonra müəyyən Əməliyyat gününün sonu Reporting bazası avtomatik qaydada məlumatlarla dolur və iş günü ərzində istənilən növ məlumat sürətli şəkildə alınır. Qeyd edə bilərik ki, bir neçə dəqiqəyə (hətta bəzən yarım saatdan bir saata qədər) əldə olunan iri həcmli informasiya bir neçə saniyəyə əldə edilir. Məsələn, ən iri hesabat olan Prudensial hesabat ən çox iki dəqiqəyə alınır və s.

Reportingin məlumatlarını qrafik və statistik formaya gətirərək daha asan və anlaşılan formada olması üçün analitik proqram təminatına bağlamaq olar. Məsələn, iri həcmli statistik məlumatlar əldə etmək üçün Crystal Reports (ətraflı rus dilində) proqram təminatı, qrafik göstəricilərlə dolu analitik təsvir almaq üçün Tibco Spotfire (ətraflı rus dilində) proqram təminatından təcrübədə istifadə olunmuşdur. Həmçinin, Excel hesabatlarının geniş yayılmasını nəzərə alaraq, istənilən xanaya, istənilən məlumatı dolduran Smart Report proqram təminatını qeyd etmək olar. İşləmə principi - istənilən hər hansı bir məlumatın vəya məlumatlar toplusunun müxtəlif hesablamalarla hesablayıb (funksiya, view, prosedur) alınacaq rəqəmin istənilən ixtiyari Excel vərəqinin ixtiyari xanasına yazılmasını əhatə edir.

Crystal Reports
Tibco Spotfire

 

 

Geriyə

Xəbərlər

Oracle Partnership

Dünyanın ən məşhur şirkətlərindən olan ORACLE şirkətinin GOLD level Partnerluğu əldə olundu. Ətraflı

BOKT "Falcon Finance" MMC “Smart BOKT” avtomatlaşdırılmış idarəetmə sistemi proqram kompleksini tətbiq etdi

Beləliklə, daha bir Bank olmayan kredit təşkilatı “Smart BOKT” proqram təminatı ilə işləmə başladı. Müştərilərimizin sayının artması uğurlu inkişafın göstəricisidir. Ətraflı

3CX Partnership

IP telefoniya sahəsində ən son yeniliklərə imza atan 3CX şirkəti ilə Partnerluq müqaviləsi imzalandı.Ətraflı