Smart Systems Technology AZ1141, B.Vahabzadə küç. 14, Bakı, Azərbaycan
Tel: +99412 952 / ext 4 | E-mail: office@smartsoftware.az

Məhsullar

Smart Medicine - Tibb Müəssisəsinin İdarəedilməsi Sistemi

SMART-MEDİCİNE Avtomatlaşdırılmış Səhiyyə Sisteminin digər yerli və xarici proqram məhsullarına nisbətən əsas üstünlüklərindən bəziləri ondan ibarətdir ki, sistem Azərbaycan dili ilə yanaşı eyni anda bir neçə dildə təqdim oluna bilən, real-vaxt rejimində işləyən, yəni səhiyyə müəssisəsinin bütün bölmələri arasında “ONLİNE” işləyən, mühasibatlıq üçün isə istənilən an real vaxt rejimində maliyyə vəziyyətinə baxmağı - “ONLİNE BALANS” almağı imkan verən müasir standartlara uyğun olan çevik proqramdır.

Tibb müəssisəsində Pasientlərin qəbulu, Nəzarət, Ambulator müayinə, Təxirəsalınmaz xəstəliklər üzrə işlər və digər istənilən əməliyyatların qeydə alınması, nəzarət olunması və müvafiq hesabatların alınması imkanları vardır. Tibb müəssisəsinin Kassa əməliyyatları, Laboratoriyanın idarəolunması, Təchizat anbarının idarəolunması, Stomatologiya modulu, Gəlir və Xərclərə nəzarət modulu, Əmlakın idarəolunmasə və digər bütöv kompleks idarəetmə işlərinin görülməsi mümkündür.

Sistem - aşağdakı əsas bölmələrdən ibarətdir:
2.1. Xəstələrin qeydiyyatı və qəbulu modulu
2.1.1. Xəstələrin qeydiyyatı
2.1.2. Stasionar xəstərlərə nəzarət modulu
2.1.3. Ambulator xəstərlərə nəzarət modulu
2.1.4. Təxirəsalınmaz xəstəliklər üzrə iş modulu
2.1.5. Digər müxtəlif funksiyalar
2.2. Kassa əməliyyatı modulu
2.3. Laboratoriyanın idarəolunması modulu
2.4. Təchizat anbarı modulu
2.5. Stomatologiya modulu
2.6. Keyfiyyət idarə etməsi modulu
2.7. Gəlir-Xərc modulu
2.8. Sistem servis modulu
2.9. Sistem administrasiyası
2.10. Hesabatlar modulu
2.11. Əmlakın qeydi və idarə olunması
2.12. Büdcənin idarəolunmasi
2.13. SMS Məlumatlandırma modulu
2.14. Əmək haqqı modulu
2.15. İnsan resurslarının idarə olunması – kadrlarla iş modulu
2.16. Techizat sistemi avtomatlaşdirilmiş anbar-techizat sistemi

1.1. Xəstələrin qeydiyyatı və qəbulu modulu

1.1.1. Xəstələrin qeydiyyatı
Tibb müəssisəsinə müraciət edən xəstələrin ilkin müraciəti zamanı xəstə haqqında bütün məlumatlar daxil edilir. Xəstənin şəxsi məlumatları, əlaqə vasitələri həmçinin, xəstəlik tarixçəsi haqqında məlumatların daxil edilməsi və s. 

Gələcəkdə ölkə vətəndaşlarının elektron qeydiyyat kartları (plastik kart, flash kart və s. müxtəlif növ informasiya daşıyıcılarında) məlumatların təqdim ediləcəyi halda dərhal məlumat bazasına daxil edilməsinə imkan verəcək. Bu həm ölkə üzrə mövcud olan vahid məlumat bazasından (olduqda) məlumatları almağı, həm də könüllü olaraq tibb müəssisəsini seçmiş xəstələr üçün mümkün olacaq.

Tibb müəssisəsinə profilaktik vəya müəyyən səbəbdən təkrar müraciət edən xəstələrin müraciəti zamanı xəstənin axtarışı, onun haqqında bütün məlumatlara baxılması, xəstəlik tarixçəsinə baxılması, ödəniş və borclara baxılması və s. bu modulda həyata keçirilir. Xəstənin Sığorta şirkətinin (olduğu halda) qeyd edilməsi və istənilən parametrlər üzrə məlumatlara ayrıca baxmaq, Sığorta şirkəti ilə tibb müəssisəsi arasında olna əməliyyatlar, qalıqlar, ödənməmiş, ödənilmiş borclara və s. baxmaq, hesabat almaq və digər imkanlar var.

Xəstənin qeyd edilməsi zamanı onun ambulator vəya stasionar olması qeyd edilir.

1.1.2. Stasionar xəstərlərə nəzarət modulu
Stasionar xəstələrin qeydiyyatı zamanı hansı otaqlara, çarpayılara təhkim edilməsinin qeydiyyatı da mümkündür. Tibb avadanlıqlarının hansı otaqlarda yerləşməsi, daşınar avadanlıqların otaqlar üzrə və çarpayılar üzrə yerdəyişməsi, qeydiyyatı aparılır. Burada həmçinin stasionar xəstələrə nəzarət edən Biləklik və ya digər vasitəsilər daima xəstənin vəziyyətinə nəzarət edən sistem inteqrasiya olunabilir. Stasionar xəstələrə xidmət edən tibb xidməti əməkdaşlarının növbəliliyi qeyd edilir. Dərman preparatlarının verilməsi qaydaları, vaxtdan asılı olaraq dərman qəbul edən və ya müayinə keçməsi tələb olunan xəstələrin xəbərdaqlıqdan istifadə edərək xidmətlərin yerinə yetirilməsi həyata keçirilir.

1.1.3. Ambulator xəstərlərə nəzarət modulu
Ambulator xəstələr üzrə bütün əməliyyatlara ayrıca baxmaq mümkündür. Ambulator xəstənin tibb müəssisəsinə müraciət etməsindən başlayaraq, bütün mərhələlərdə hansı həkimlərdə müayinədə olması, həmin həkimlərin qoyduğu diaqnozlar, yazılan müalicələr, dərmanlar və digər həkimlərə və müayinələrə yönəldilmələr mərhələli ardıcıllıqda qeydiyyatı aparılır.

1.1.4. Təxirəsalınmaz xəstəliklər üzrə iş modulu
Tibb müəssisəsinə (İlkin tibbi yardım, dializ, şəkər, vərəm, onkoloji)
Bu bölmədə təxirəsalınmaz xsətəliklər üzrə müraciət edən, gələn xəstələrin tibb müəssisəsinə girişi, çıxışı, istifadə olunan dializ cihazlarına nəzarəti, məlumatların toplanması, arxivləşdirilməsi funksiyasını daşıyır. Xəstə haqqında ayrıca məlumatlara baxmaq, məlumatları sistemləşdirmək, hesabat almaq mümkündür. Hər bir xəstəlik üzrə ayrıca bölmə olmaqla, tibb müəssisəsinin ümumi bazasından da hər bir müştəriyə üzrə məlumatlara baxmaq olur. Məlumatlar vahid bazada yerləşir. Bu məlumatlara giriş imkanları müxtəlif bölmələrdən birbaşa keçidlərlə də mümkündür.

1.1.5.    Digər müxtəlif funksiyalar
Tibb müəssisəsinin işləmə saatlarının, növbəliliyin, xidmət göstərdiyi digər müəsisələrlə qarşılıqlı fəaliyyətinin, sığorta şirkətləri üzrə dəyərləndirmələrin (müxtəlif qiymət siyasətinin tətbiqi) və fərdi xəstələr üzrə (öz personal, sığorta şirkətləri xəsətələri xətti ilə gələn və s.) qiymətlərin (güzəşt, endirim) faizlə ifadədə və rəqəmlə ifadədə dəyişdirilməsi imkanları vardır. Burada digər tibb müəssisələrində istifadə olunan Güzəşt Kart sistemini də tətbiq etmək olar və ya sistemdə müştəri haqqında məlumatlar bölməsində onun güzəştli kateqoriyaya aid olması qeydlərini etmək kifayətdir ki, gələcəkdə xəstə yaxınlaşanda karta ehtiyac olmadan sistem bu haqda məlumatları versin.

1.2. Kassa əməliyyatı modulu
Müəssisənin nağd əməliyyatlar üzrə ətraflı məlumat moduludur. Xəstələrdən alınan pullar, onlar üzrə bütün detallı informasiyalar, dərman və preparatların satışı, keçmiş, cari, planlaşdırılmış əməliyyatlar, xəstəxananın bütün şöbələri üzrə pul axımı haqqında məlumatlar, satış üzrə qiymətlərin (güzəşt, endirim) faizlə ifadədə və rəqəmlə ifadədə göstərilməsi qeydləri vardır. İstənilən tarix aralığına vəya konkret tarixə pul axımı haqqında detallı məlumat, hər bir əməliyyat haqqında detallara baxmaq imkanı həmçinin, xəstələrə verilmiş hər bir qəbz üzrə məlumatlara baxmaq imkanı vardır.

1.3. Laboratoriyanın idarəolunması modulu
Bu modulda xəstələr üzrə laboratoriya analizlərinin nəticələri haqda ətraflı məlumatlar, nömrələnməsi, analiz cavablarının göndərildiyi şöbələr, elektron məlumatlandırma (lazım olduqda xəstənin özünə, yaxın qohumuna və ya digər hər hansı bir şəxsə) və s. kimi məlumatlar daxildir.

1.4. Təchizat anbarı modulu
Anbardakı məhsullar kateqoriyalar üzrə formalaşdırılıb. Burada həm dərmanlar, istifadə olunan hər cür material, qablar, əməliyyat cihazları və s. haqqında ətraflı məlumat yer alır. Anbardakı hər bir məhsulun sifariş olunma tarixi, alınma tarixi, anbara daxil olma tarixi, yararlılıq müddəti, bitmə tarixinin bildirişləri, hansı firmalardan alındığı, bitməkdə olan, cari mövcud olan, planlaşdırılan, xüsusi qeydlər, hansı şöbə və filial tərəfindən sifariş olunduğu və s. bir çox məlumatlar daxildir. Bu bölmədə həmçinin köhnəlmiş və vaxtı keçmiş dərman preparatları, məhsulların ləğvi və geri qaytarılması prosesinin qeyd öz əksini tapır.

1.5. Stomatologiya modulu
Bu modul tibb müəssisəsinin həm bir bölməsi kimi, həm də ayrıca olaraq istifadə olunabilər. Stomatoloji xidmətlər üçün müraciət edən xəstələrin qabaqcadan (online, zəng, email və s.) növbəyə yazılması, şikayətin qabaqcadan qeyd edilməsi imkan verir ki, həkimlərin qeyd edilən vaxtlarda işlərini planlaşdırsın, növbəlilik təmin edilsin, həmçinin lazım ola biləcək dərman preparatlarını qabaqcadan hazırlanmasını təmin etsin. Modulda xəstələrə göstərilmiş əvvəlki xidmətlər, pul əməliyyatları və s. qeyd edilir. Burada stomatoloji avadanlıqlara qoşulmuş xüsusi video müşahidə mexanizmləri vasitəsilə görülən işləri video görüntülərlə yaddaşa yazmaq olur. Gələcəkdə müxtəlif təthlillər aparmaq, xəstənin əvvəlki şəkil və videoları ilə cari foto və videolarını müqayisə etmək mümkündür.

1.6. Keyfiyyət idarə etməsi modulu
Xəstəxanaların keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilən xəstə və personal arzu və şikayətləri, təklifləri, Xəstə məmnunluğu anketləri, işləyənlərin məmnunluğu anketləri və s. anketləri, işçilər üçün təlimləarin keçirilməsi, xəstəxana içərisində istifadə edilən bütün keyfiyyət sənədlərinin yayılması, şöbənin hədəf (məqsəd) kartları, xəstəxanada keçirilən iclaslara nəzarət, vəziyyəti düzəldən, qarşısını alan fəaliyyətlər kimi çoxlu keyfiyyət əməliyyatlarının kompyuter vasitəsilə sistemə daxil edilməsi və ona nəzarətin təşkil edilməsinə imkan verən və bunların nəticəsində bütün bu əməliyyatları sistem üzərindən ala bilmək şəraiti yaradan bir moduldur.
Burada həmçinin tibb müəssisəsinin daxili məlumat ötürmə, paylaşma funksiyalarını özündə birləşdirən web portalın yaradılması mükündür. Mobil telefonlar, planşetlər vasitəsilə izləmək, xəbər yerləşdirmək mümkündür.

Müxtəlif sosial şəbəkələr vasitəsilə internet vasitəsilə müəssisədə yoxlamadan keçmək, həkimə yazılmaqla növbə tutmaq, vaxtların ayarlanmasının avtomatik həyata keçirtmək mümkündür. Bununla, hər hansı bir işdə çalışan işçilər istər sığorta şirkəti vasitəsilə, istərsə də könüllü olaraq qəbula yazılmaq imkanı əldə edir. Qəbula yazıldığına dair SMS məlumatlandırma ilə təsdiq alır. Həmçinin digər imkankar və s.

Bu modulda müəssisənin fəaliyyəti zamanı yaranan hər hansı bir məsələnin müzakirəsi nəzərdə tutulur. İri tibb müəssisələrində vaxtın səmərəli idarəolunması üçün ayrılan vaxta qənaət etmək lazım olur. Bu zaman hər hansı bir məsələ burada qeyd edildikdə, müvafiq yuxarı instansiya əməkdaşlarının təsdiqini keçdikdən sonra məsələlər ardıcıllığına və ya vacibliyinə görə sıralanabilir

1.7. Gəlir-Xərc modulu
Tibb müəssisəsində bütün əməliyyatlar mühasibatlıqla əlaqədardır. Əməliyyatların aparılması zamanı xəstələr üzrə gəlirlər, cari və planlaşdırılmış əməliyyatlar, müəssisənin bütün şöbələri ilə maliyyə əməliyyatları, həmçinin, təsərrüfat təyinatlı əməliyyatlar, təchizat xərcləri, laboratoriya üzrə xarclər, əmək haqqı, büdcə odəmələri, vergi və digər xərclər mühasibatlıqda avtomatik olaraq öz əksini tapır.

1.8. Sistem servis modulu
Bu modulda sistemə nəzarəti həyata keçirdən tibb müəssisəsi əməkdaşı (vəya digər şəxs) bütün sazlamaları bu bölümdə həyata keçirdir. İstifadəçilərə giriş və şifrə dəyişdirilməsi, Xəstəliklər üzrə qiymət tariflərini dəyişmək, müxtəlif şirkətlər üzrə endirim tətbiq etmək, laboratoriyada istifadə olunan vasitələrin, qablaşdırmaların həcm və adlarının dəyişdirilməsi, əlavə olunması, hesabatlar sazlamalar və s. tipli sazlamalar bölümüdür. Burada həmçinin məlumatları arxivləşdirmək, arxiv günü üzrə malumatlara baxmaq, səhv məlumatların düzəldilməsi, Sessiyaların idarəedilməsi müxətlif məlumatların sazlanması və s. daxildir.

1.9. Sistem administrasiyası
Bu modul səhiyyə müəssisəsi və ya müəssisə daxilində sistemə nəzarət və idarəetmə üçün nəzərdə tutulub. Sistemin daxilində gedən əməliyyatlara nəzarət və yaxud onların təhlukəsizliyi üçün modul əhəmiyyətli dərəcədə yararlı hesab olunur. Burada səhiyyə müəssisəsi daxilində sistemdən istifadə edən hər bir istifadəçi ucün müxtəlif iş rejimləri nəzərdə tutulub. Misal üçün hər bir istifadəçi burada onun üçün nəzərdə tutulmuş müəyyən hüquqlara malik olur. Sistem daxilində sadaladığımız bütün modullara istifadəçı, administrator tərəfindən  daxil etmək, redaktə etmək, silmək hüquqları ilə təmin edilir. Bunadn başqa burada siniflər,qruplar məfhumuda mövcuddur. Belə ki, isifadəçinin apardığı əməliyyatlara nəzarət etmək üçün onları siniflərə və ya qruplara bolmək lazım gəlir. Burada istifadəçi baş istifadəçiyə, tabe istifadəçiyə və neytral istifadəçiyə bölünür.

1.10. Hesabatlar modulu
İstənilən tarix aralığına hesabatların alınması üçün istifadə olunur. Burada təkcə kassa üzrə hesabatlar deyil, ümumi tibb müəssisəsi üzrə hesabatların alınması nəzərdə tutulub. Xəstələr, xəstəliklər, analiz cavablar üzrə, digər tibb müəssisəsindən daxil olan xəstələr, xəstəliklər, analiz cavablar üzrə, sığorta şirkətləri üzrə xəstələrin daxil olması və onların parametrləri üzrə, müxtəlif yaş kateqoriyalı xəstələr üzrə, müxtəlif regionlar üzrə və s. geniş tərkibdə məlumatlar almaq mümkündür.

1.11. Əmlakın qeydi və idarə olunması
Tibb müəssisəsinin balansında olan əmlakın idarə olunmasıdır. Tibb avadanlıqları haqqında məlumatlar, texniki xüsusiyyətləri, texniki qulluq olunma vaxtları, lazım olabiləcək hər hansı bir təmir və s. məlumatlar daxildir. Burada səhiyyə müəssisəsiın əmlakının satılması, qiymətləndirilməsi və ya əsas vəsaitə keçirilməsi, əmlakın idarə olunmasına aid bütün əmaliyyatları avtomatik aparılması, əmlakın idarə olunması haqqda hesabat daxildir.
Ay ərzində əmlakın və ya əsas vəsaitlərin istər vergi, istərsə də maliyyə hesabatını aparmağa imkan var. Uçot qrupu, dövriyyəsi, amortizasiya hesablanması bütövlükdə vahid bir systemdə birləşdirilmişdir. Əmlakın qeydiyyatı ilə balansa alınması avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Sonrakı dövrlərdə müvafiq qaydalara əsasən amortizasiyasının hesablanması həyata keçirilmiş olur.

1.12. Büdcənin idarəolunmasi
Büdcəyə nəzarətin avtomatlaşdırılması, Büdcə proqnozunun əlavə olunması, Nəzarət daxildir.
Müxtəlif kateqoriyadan olan xərclərə limitin təyin edilməsi ilə, əməliyyatın keçməsinə qadağa qoymaq və beləliklə, əməliyyatın mühasibatlıqda əks olunmasının qarşısını almaq mümkündür. Bu tip əməliyyatlarda qəbz və məxaric olunması mümkün olmur.
Əgər gəlir - xərc əməliyyatları büdcədə nəzərdə tutulmuş məbləğdən artıq olarsa, sistem bu əməliyyatı buraxmır və büdcədə dəyişiklik  olandan sonda əməliyyat buraxılır.
Büdcə hesabatında hesabatın qısa  xarakteriskası göstərilməklə gəlirlər və xərclər (rüblük), faktiki gəlirlər və xərclər, nəzərdə tutulmuş gəlirlər və xərclər, gəlir və xərc arasında fərq, büdcə proqnozu və s. parametrlər qeyd edilir.

1.13. SMS Məlumatlandırma modulu
Tibb müəssisəsi əməkdaşları, xəstələri, aptek və dərman şirkətləri ilə işdə müxtəlif aksiyalar və tədbirlər haqqında məlumatları bu servis vasitəsilə həyata keçirdə bilər. Müxtəlif xəstə kateqoriyaları, müəssisə kateqoriyaları və ya fərdi şəkildə seçimlər vasitəsilə SMS xəbərdaqlığın çatdırılması mümkündür.
SMS-lər sistemədən avtomatik qaydada seçimlər etməklə həyata keçirilir. Qabaqcadan sazlana bilən SMS-lər istənilən məzmunda yığılabilir və özündə müxtəlif informasiyalar göndərə bilir. Burada həmçinin, sistemdən xəstələrə aid hər hansı bir məlunatın avtomatik göndərilməs mümkündür.
Misal: Analizlərin cavabının gəlib-gəlməməsinin avtomatik olaraq bildirilməsi və s.
                       
1.14. Əmək haqqı modulu
Səhiyyə müəssisəsinin əməkdaşlarının əmək müqaviləsi məlumat bazası. Əmək haqqının faiz dərəcələrinə uyğun olaraq aparılması. Əmək qanunvericiliyinə uyğun olaraq əmək haqqının hesablanması, şirkət tərəfindən tətbiq edilən istənilən əlavələr, güzəştlər və fərdi yanaşmaların tətbiq edilməsi imkanları var. Əmək haqqı və əməyin ödənilməsi ilə bağlı bütün hesablamalar daha sonra Səhiyyə müəssisəsinin mühasibatlığına mühabirləşmə əməliyyatları kimi qeyd edilir.

1.15. İnsan resurslarının idarə olunması – kadrlarla iş modulu
Əməkdaşların ümumi məlumat bazası, daxili strukturun qurulması və struktura uyğun olaraq işçilərin sistem şəkilində şöbələrə, idarələrə və s. bölünməsi, müxtəlif kateqoriyalar üzrə daxili axtarış sistemi,  hər bir işçi haqqında operativ məlumat verilməsi, məlumatların sazlanması,  müəssisənin strukturu, ştat cədvəli, məlumatların arxivləşdirilməsi və s. funksiyaların həyata keçirilməsinə imkan verir.

MODULDA Müəssisənin ümumi strukturu, şöbələrin quruluşu və kadrların şöbələr üzrə yerləşdirilməsi və s. əks etdirilir.
Məlumatlarin Sazlanmasi və Kadrlar haqqinda infоrmasiya – bölmələri vasitəsilə kadrlar haqqında məlumatların sazlanamsı və ətraflı infоrmasiyanın оpеrativ şəkildə alınması mümkündür.

Sistemdə işçilərin hansı vaxtlarda hansı otaqlara keçdiyini və işə hansı vaxtlarda gəldiyini izləmək, həmçinin müxtəlif mərtəbə və otaqlara girişi qadağan (məsələn Reanimasiya və Əməliyyat otaqlarına) edən Biometrik Davamiyyət Nəzarət Sistemi (Biometric Attendance Control System və ya Time Attendance & Access Control System) –in məlumatlarının inteqrasiya edilməsi yolu ilə avtomatlaşdırılmasını təmin etmək mümkündür.

1.16. Təchizat sistemi avtomatlaşdirilmiş anbar-techizat sistemi
Malların alışı, elektron qeydiyyatı və hərəkətinin təşkili sistemi müasir dövrdə istifadə olunan geniş tətbiq olunmuş sistemdir. Qısa təsvidrə malların sifarişindən tutmuş giriş, qeydiyyat, nəzarət, hərəkətinin, balansa alınması və çıxarılması işlərinin avtomatlaşdırılmasıdır. Bununla sərf edilən vaxta qənaət edilmiş olur, insan faktoru aradan qalxır, əməliyyatların dəqiqliyi artmış olur. Müəssisənin balansında olan mallara nəzarət, onların say qalıqlar, bitməkdə olanlar üzrə məlumat, vaxt və məkan üzrə məlumatlar, vaxtlı vaxtında sifariş edilməsi, təchizatçılarla fasiləsiz əlaqə, rəqabətli sifarişlərin seçilməsi, tender elan edilərək daha optimal alışların həyata keçirilməsi, təmirə ehtiyac olduqda məlumatların göstərilməsi və lazımi digər tədbirlərin görülməsi mümkündür.

 

Geriyə

Xəbərlər

Oracle Partnership

Dünyanın ən məşhur şirkətlərindən olan ORACLE şirkətinin GOLD level Partnerluğu əldə olundu. Ətraflı

BOKT "Falcon Finance" MMC “Smart BOKT” avtomatlaşdırılmış idarəetmə sistemi proqram kompleksini tətbiq etdi

Beləliklə, daha bir Bank olmayan kredit təşkilatı “Smart BOKT” proqram təminatı ilə işləmə başladı. Müştərilərimizin sayının artması uğurlu inkişafın göstəricisidir. Ətraflı

3CX Partnership

IP telefoniya sahəsində ən son yeniliklərə imza atan 3CX şirkəti ilə Partnerluq müqaviləsi imzalandı.Ətraflı